Sənaye Soyutma Sistemləri
Ətraflı
Qəhvə və çay avadanlığı
Ətraflı
Mətbəx avadanlığı
Ətraflı
Mexaniki avadanlıq
Ətraflı

Haqqımızda

North West Services 2017-ci ildə yaradılmışdır və o, North West Construction-ın törəmə şirkətidir. Məqsədimiz müxtəlif texniki sahələrdə profilaktik, təmir və digər xidmətlər göstərməkdir. İşimizə ciddi yanaşırıq, çünki müştərilərimizin biznesi üçün avadanlığın nə qədər önəmli olduğunu bilirik. Şirkətin əsas heyətinə dizaynerlər, layihə menecerləri, xidmət üzrə mühəndislər, montajçı və yoxlama üzrə mütəxəssislər daxildir.

Fəaliyyətimizin əsasını danışılmış vaxt çərçivəsində və rəqabətə davamlı qiymətlərlə keyfiyyətli məhsul və nümunəvi xidmətlərin təqdim olunması təşkil edir. Hər xırda detalı belə nəzərə alaraq yekun nəticədə yüksək keyfiyyətli xidmət təmin etmək bacarığımız çoxillik təcrübəmizdən irəli gəlir. Və bu, şirkətimizin öz məhsullarına və müştərilərin tələblərinə sadiq olmasından xəbər verir.

Texniki personalın ekspert komandası sayəsində biz güvənilə biləcək dürüst şirkət adı qazanmışıq. Əmin ola bilərsiniz ki, biz vaxtı-vaxtında sizin sorğularınıza cavab verəcəyik, yaranan problemlərin həlli zamanı bütün ustalığımızı ortaya qoyacağıq və dəyişməyən yüksək keyfiyyətdə xidmətlər təqdim edəcəyik. Ciddi idarəetmə standartlarımız hər mərhələdə xidmətlərin yüksək keyfiyyətini təmin edir.

BAXIŞIMIZ VƏ DƏYƏRLƏRİMİZ

North West Services-də bizi uğura doğru aparan 3 əsas dəyər var. Bizim üçün bunlar sadəcə sözlər deyil, bu bizim yaşam tərzimizdir. Sözügedən atributlar bizim biznes tərəfdaşları və bir-birimizlə əməkdaşlığımızda bələdçimizdir. Biz çox yaxşı anlayırıq ki, dayanıqlı baxışa malik şirkətlər uzun müddətli perspektivdə daha yaxşı göstəricilər nümayiş etdirir. Biz böyüdükcə korporativ mədəniyyətimizi də inkişaf etdiririk, hansı ki, bizim dəyərlərimiz sayəsində dəstəklənir və güclənir. Beləliklə, biz North West Services-də çalışan əməkdaşlarımızın aşağıdakı dəyərlərə bələd olmasını istərdik:

Fərdi yanaşma

Müstəsnalıq

Çeviklik

BİZ AŞAĞIDAKILARI TƏMİN EDİRİK:
TXvT

Texniki xidmət və təmir üzrə təklif etdiyimiz yüksək keyfiyyətli xidmətlər avadanlığın plan üzrə yoxlamalarından tutmuş sistemin əsaslı təmirinə kimi müxtəlif xidmətləri əhatə edir.

TƏCHİZAT

Biz sistemlərin xidmət müddətini uzatmağa imkan verən müntəzəm yoxlamalar, sızıntıların aşkarlanması, avadanlıqların ən vacib tərkib hissələrinə qulluq üzrə xidmətlər təqdim edirik.

QURAŞDIRMA

Həm mövcud binalarda, həm də yeni tikinti layihələrində quraşdırılma üzrə bütün işlərin yerinə yetirilməsi zamanı biz keyfiyyətə nəzarət və layihələrin tam idarə edilməsini həyata keçiririk.

DİZAYN

Dizaynerlər komandamızın böyük təcrübəsi bizə istənilən sahə üçün istənilən spesifikasiyaya uyğun müxtəlif sistemləri layihələndirməyə imkan verir.