HVAC

(İsitmə, havalandırma və kondisioner)

Şirkətimizdə çalışan yüksək səviyyəli mühəndis-mexaniklər sahənin aparıcı istehsalçılarının təqdim etdiyi avadanlıqdan istifadə etməklə iri layihələrin həyata keçirilməsi üzrə böyük təcrübəyə malikdirlər. Biz mexaniki quraşdırma sahəsində ən son yenilikləri izləyirik, məhz buna görə də müasir metod və texnologiyaları tətbiq edirik. Təcrübəli mütəxəssislərimiz problemi təyin edir və ən optimal həlləri tövsiyə edir.

North West Services öz işini effektiv şəkildə həyata keçirir ki, sizin isitmə və soyutma sistemləriniz qüsursuz işləsin. Biz hər işdə yalnız ən yüksək keyfiyyətə köklənirik – tövsiyə edib quraşdırdığımız məhsullardan tutmuş, həyata keçirdiyimiz strategiyalaradək. Bundan başqa, biz daima sistemin səmərəliliyi və uzun ömürlülüyünün təkmilləşdirilməsi üzərində çalışırıq.

Tərəfdaşlar